İsrail hökuməti Qüds şəhərində yəhudilər üçün müqəddəs sayılan Ağlama divarı adlanan yerin yaxınlığında yerləşən qatar stansiyasına ABŞ prezidenti Donald Trampın adını verəcək.
Avropa.info xəbər verir ki, bu barədə nəqliyyat naziri Yisrael Katz açıqlama verib. Katz Qüdsü İsrailin paytaxtı kimi tanıyan Trampa təşəkkür etmək üçün bu addımı atıb.
“Ağlama divarı yəhudilər üçün müqəddəs yerdir və buradakı qatar stansiyasına Trampın adını verməyə qərar verdim” – o, belə deyib.