Türkiyənin dövlət telekanalı “TRT Haber”in müxbiri və çəkiliş qrupu İsrail hərbçilərinin atəşinə məruz qalıb.Tribunainfo.az xəbər verir ki, Fələstinin Qəzza zolağında türk jurnalist qrupunun avtomobilinə 5 atəş açılıb.
Müxbir yüngül xəsarət alıb.
Türkiyənin yüksək rütbəli rəsmiləri, eləcə də Türkiyənin əsas müxalifət qüvvəsi sayılan kamalist “Xalq Cümhuriyyət Partiyası”nın (CHP) lideri olaya reaksiya verib.