“Bu kampaniyanın komandanı Yəhya Sinvar olub”.
Tribunainfo.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Xaqari mətbuata açıqlamasında deyib.
“The Times of İsrael” nəşri isə İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Yəhya Sinvarın öldürüldüyünü iddia edib.
Qeyd edək ki, 55 yaşlıYəhya Sinvar daha əvvəl, nisbətən gənc illərində İsrail tərəfindən həbs olunaraq, ömürlük həbs cəzasına məhkum olunubmuş.
O, İsrailə işləyən fələstinliləri öldürməkdə ittiham edilib. Lakin 2011-ci ildə əfv edilərək azadlığa buraxılıb. Bundan sonra Sinvar HƏMAS-da İsrailə qarşı ən sərt və barışmaz qanada rəhbərlik edib.