“İsrail HƏMAS-ı bir ildə zəiflədib, növbə…” – Qabil Hüseynlibackend

“İsrail HƏMAS-ı bir ildə zəiflədib, növbə…” – Qabil Hüseynli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün HƏMAS-ın İsrailə hücumunun bir ili tamam olur.

Ötən bir ildə İsrail Qəzzanın yarıdan çoxunu darmadağın edib, HƏMAS silah kimi sökülüb, taqətsiz hala gəlib. Onun lideri və komandirləri öldürülüb. Hazırda Yəhya Sinvar rəhbərlik edir. Tribunainfo.az-a danışan professor Qabil Hüseynli hesab edir ki, İsrail HƏMAS təşkilatını xeyli zəiflədib. Onun sözlərinə görə, bu proses Hizbullahın da məhvi ilə sinxron gedir. Professor gələn il də Hizbullahın yetərincə müaqavimətsiz hala gələcəyini proqnozlaşdırır.

Onun sözlərinə görə, İsrailə hücum arı yuvasına çomaq soxmaq idi və İsrail ordusu bundan istifadə edərək Qəzzada salamat yer qoymayıb: “Dünyanın gözü qarşısında Qəzza yoxdur. Yalnız Rəfah istiqamətində çadır düşərgələri qurulub. Ərəb ölkələri fələstinliləri qorumadı. Misir sərhədini bağladı, Səudiyyə, BƏƏ, Qətər və bir çox ərəb dövlətləri Qəzza camaatının qətlinə susdu, İsrailə qarşı addım atmadı. Onlar HƏMAS-a da dəstək olmadılar. Həmçinin, Fələstin muxtariyyatı da qarışmadı. Mahmud Abbas İranı ittiham etdi. Maraqlıdır ki, İsrail Ramallahı vurmur, məhz HƏMAS-ın olduğu Qəzzanı bombalayır. O baxımdan ərəb dövlətlərinin bu davranışlarından fələstinlilər nəticə çıxarmalıdırlar. Məncə, Livanın şiə qövmi və Hizbullah da hadisələrdən dərs götürməlidir”.