İsrail “Həmas”a aid 4 qərargah, 17 hərbi birləşməyə hava zərbəsi endirib – Ölü və yaralıların sayı 500-ü keçib

İsrail “Həmas”a aid 4 qərargah, 17 hərbi birləşməyə hava zərbəsi endirib – Ölü və yaralıların sayı 500-ü keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında «Həmas» qruplaşmasına aid 17 hərbi birləşməyə və 4 qərargaha, o cümlədən digər hədəflərə hava zərbələri endirib. 

Tribunainfo.az «The Times of İsrael» nəşrinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Baş Qərargahından məlumat açıqlanıb. Məlumata görə, ölkədə fövqəladə vəziyyət və səfərbərlik elan edilib, İsrail Hərbi Hava Qüvvələri «Həmas»a aid hədəfləri müəyyən edərək vurmağa başlayıb.

İsrail şəhərlərində ölü və yaralıların sayı 500-ü keçib, həmçinin, yaralıları daşıyan 2 ambulans qruplaşma üzvləri tərəfindən girov götürülüb.

«Həmas» tərəfindən raketlərin atılması artıq 7 saata yaxındır davam edir. Qruplaşmanın yalnız Qəzza zolağına yaxın qəsəbələrdə deyil, İsrailin cənubunda da əməliyyatlar keçirdiyi bildirilir.