İSRAİL HƏM HAVADAN HƏM DƏ DƏNİZDƏN QƏZZAYA HÜCUM EDİR

İSRAİL HƏM HAVADAN HƏM DƏ DƏNİZDƏN QƏZZAYA HÜCUM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu cənubdakı Xan Yunis və Rəfah şəhərlərinə hücum edib. Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahı da hədəflər arasındadır. Döyüş gəmiləri Nuseyrat Qaçqınlar Düşərgəsinin qərbini də bombalayıb. Bir gündə 241 fələstinli qətlə yetirilib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Xan Yunisdəki Nasser xəstəxanasının ətrafını da vuran İsrail ordusu şəhər mərkəzini hədəf alan artilleriya atəşini davam etdirir.

Hücum zamanı kəsilmələr zamanı istifadə edilən radio sistemi də zədələnib.

İsrail ordusu Qəzzanın mərkəzi hissəsində yerləşən Bureyc Qaçqınlar Düşərgəsinə də artilleriya atəşi ilə hücum edib.

Ərazidən güclü tüstü qalxıb.

Qəzzada bir gündə 241 fələstinli həlak olub, 382 nəfər yaralanıb.