“İsrail heç vaxt Azərbaycanın təhlükəsizliyinə zərər vurmayacaq” – Efraim Sne

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ ətrafında status-kvonun belə uzun müddət ərzində dəyişməz olaraq qalması beynəlxalq ictimaiyyət, əsasən də Avropanın Azərbaycanın əhəmiyyətli hissəsinin işğalına və milyonlarla azərbaycanlı qaçqının əzablarına qarşı riyakarcasına laqeydliyidir”.
 “Qarabağ ətrafında status-kvonun belə uzun müddət ərzində dəyişməz olaraq qalması beynəlxalq ictimaiyyət, əsasən də Avropanın Azərbaycanın əhəmiyyətli hissəsinin işğalına və milyonlarla azərbaycanlı qaçqının əzablarına qarşı riyakarcasına laqeydliyidir”.
Ordu.az İsrail müdafiə nazirinin keçmiş müavini Efraim Sne ilə müsahibəni təqdim edir.

– Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qırarından sonra fələstinlilərlə israillilər arasında qarşıdurmalar başladı və onlar hələ də davam edir. Sizcə, regionda situasiyanın davamı necə olacaq?

– Trampın qərarı Yaxın Şərqdə heç nəyi dəyişməyib. Qüds 3000 il ərzində yəhudi xalqının paytaxtı olub. Lakin bu bəyannamənin elan edilmə müddəti yanlış idi. Bəyannamə ərəb dünyasını ekstremistlərlə mübarizəyə qarşı deyil, İsrail və Birləşmiş Ştatlara qarşı birləşdirdi. Bu təcavüz dalğası bitəcək. Əgər prezident Tramp 2018-ci ildə iki dövlətin birlikdə mövcudluğu prinsipinə əsaslanan yeni sülh təşəbbüsü bəyan etsə, bu, regionda müsbət dinamika yarada bilər. Bu o demək deyil ki, İsraillə dost olmayan qüvvələr sülh danışqılarına mane ola bilərlər, lakin müsbət qüvvələrin üstünlüyə nail olması mümkündür.

– Bəs əgər Tramp administrasiyası belə təşəbbüslə çıxış etməsə və qarşıdurmalar davam etsə, Fələstin və bir sıra ərəb ölkələri – Suriya, Livan, Misir İsrailə müharibə edə bilərlərmi?

– Qeyd etdiyiniz ölkələrdən heç biri İsrailə hücum etməyəcək. Hazırda Ərəb-İsrail münaqişəsində üstün nüans mötədil və radikal fanatiklər arasında qarşıdurmadır. Ümid edirəm ki, nə vaxtsa İsrail və mötədil ərəb ölkələri qüvvələrini ekstremistlərə qarşı birləşdirəcək. Lakin bu yalnız İsraillə fələstinlilər arasında sülhə nail olduqdan sonra mümkündür.

Eyni zamanda müharibə təhlükəsi var. Lakin sizin bəhs etdiyiniz tərəflərdən yox. Qüdsdə heç bir məsul hökumət orqanı ABŞ-ın Suriyaya dair nəticələri ilə razılaşa bilmir. Razılaşma İrana strateji üstünlük qazandırır. Bu isə İsraili yolverilməz risklə qarşı-qarşıya qoyur. Bu, İrana İsrailə hücum üçün istifadə ediləcək Suriya ərazisində hərbi üstünlük verir

– Bu yaxınlarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İsrailə səfər etdi və baş nazir Netanyahu ilə görüşdü. Sizcə, Ermənistanın İsrailə belə güclü maraq göstərməsinin səbəbi nədir?

– İsrail inkişaf etmiş sənaye, kənd təsərrüfatına malik ölkədir və təbii ki, bir çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Bu halda isə, məncə, İsrail və Azərbaycan münasibətlərini pozmaq cəhdi mövcuddur.

– Siz dünya silah bazarında qeyri-adi məşhurluğu ilə fərqləndirilən İsrail silahlarını xatırlatmadınız. Bəlkə, Nalbandyan İsrailə silah satışı barədə razılaşmağa gəlmişdi?

– Bildiyiniz kimi, mən hazırda İsrail hökumətində rəsmi vəzifə sahibi deyiləm. Lakin ölkəmin strateji maraqlarına yaxşı bələdəm. İsrail heç vaxt Azərbaycanın təhlükəsizliyinə zərər vurmayacaq. Mən 1993-cü ilin dekabrında Ümummilli lider Heydər Əliyevlə birgə Azərbaycan-İsrail strateji alyansının əsasını qoymaq şərəfinə nail olmuşam. Bu birlik hər iki ölkə üçün həyati əhəmiyyətə malikdir və heç kəs ehtiyatsızlıq edərək münasibətləri risk, yaxud şübhə altına almaz.

– Ermənistan 2018-ci il üçün öz hərbi büdcəsini 20 faiz artırır. Bir sıra ekspertlərin fikrinə görə, Ermənistan müharibəyə hazırlaşır. Bəs siz bu barədə nə düşünürsünüz?

– Ümid edirəm ki, Rusiya üstün olan qüvvə kimi, regionda müharibənin qarşısını alacaq. Lakin xatırlamalıyıq ki, bəzən müharibə davamlı olmayan status-kvonun nəticəsi kimi baş verir. Qarabağ ətrafında status-kvonun belə uzun müddət ərzində dəyişməz olaraq qalması beynəlxalq ictimaiyyət, əsasən də Avropanın Azərbaycanın əhəmiyyətli hissəsinin işğalına və milyonlarla azərbaycanlı qaçqının əzablarına qarşı riyakarcasına laqeydliyidir.

Tərcümə etdi: Ağalar Qəribov