İsrail geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail polisi Əl-Əqsa məscidinin girişindəki metal axtaran qurğuları (detektorları) söküb. 

İsrail polisi Əl-Əqsa məscidinin girişindəki metal axtaran qurğuları (detektorları) söküb.

TİA.AZ xəbər verir ki, bu barədə məlumatı məscidin direktoru Şeyx Naci Bekirat sosial şəbəkədə paylaşıb.

O, bildirib ki, qurğular sökülsə də, əvəzinə təhlükəsizlik kameraları fəaliyyət göstərir. Məsələ ilə bağlı İsrail rəsmiləri heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Əqsa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.