İsrail generalı: “İran bizə mesaj verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun baş qərargah rəisi Qadi Eizenkot “Herzliya” siyasi və təhlükəsizlik toplantısında çıxış edib. 

İsrail ordusunun baş qərargah rəisi Qadi Eizenkot “Herzliya” siyasi və təhlükəsizlik toplantısında çıxış edib.

TİA.AZ xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı İranın bölgədə terrorçu və radikal qruplaşmalara dəstəyindən, onun region ölkələrinə qarşı təhdidindən danışıb.

General bildirib ki, İsrailin birinci prioritet məsələsi bölgədə sülh və sabitliyin bərqərar olmasıdır: “Son prezident seçkiləri bir daha göstərdi ki, iranlılar ölkədəki mövcud vəziyyətin dəyişməsini istəyirlər. Buna baxmayaraq, SEPAH komandirləri regionda öz hədəflərini irəli aparmağa, İsraili təhrik etməyə çalışırlar.

Hazırda İran özünü regional bir güc kimi gördüyündən bölgədəki terrorçu qruplaşmalara yardım edir. Bu istiqamətdə “Hizbullah” ildə 800 milyon dollar İrandan pul alır. İranın Suriyada və Qəzza zolağındakı nüfuzu “Həmas” vasitəsilə gücləndirilir.

İranın hərbi sənayesinin gücləndirilməsinin qarşısını almaq bölgədə hamının təhlükəsizliklə bağlı hədəflərindən biri sayılır. Hesab edirəm ki, dünya birliyi bu istiqamətdə hərəkət etməli, İranın regionda ikinci Şimali Koreyaya çevrilməsinin qarşısı alınmalıdır.

Son günlər İranın Suriyaya raket zərbələri endirməsinin müəyyən bir mənası və mesajı var. Baxmayaraq ki, İranın atdığı raketlərin çoxu əvvəlcədən nəzərdə tutulan hədəflərə dəyməyib.

İranın daha inkişaf etmiş raketlər istehsal etməyə cəhdi rəsmi Tehranın ambisiyalarının bir hissəsidir. Məqsəd bu ölkənin bölgədə hegemonluğunu yaratmaqdır. Bu yolverilməzdir”.