İsrail Eurovision 2024-ə qatılmayacaq – Sənətçilər ŞİKAYƏT ETDİbackend

İsrail Eurovision 2024-ə qatılmayacaq – Sənətçilər ŞİKAYƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1400-dən çox Finlandiyalı sənətçi İsrailin “Eurovision 2024”ə qadağa qoyulması ilə bağlı məktub imzalayıb. Finlandiyalı yarışmacı Cessi Markin İsrailin iştirak edəcəyi təqdirdə müsabiqədən çıxacağını bəyan edib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Finlandiyanın Yayım Şirkəti (Yle) 7-11 may 2024-cü il tarixləri arasında İsveçin Malmö şəhərində keçiriləcək Eurovision müsabiqəsi ilə bağlı 1400-dən çox fin sənətçinin müsabiqədən imtina etməli olduqlarını bildirən məktub imzaladığını açıqlayıb.

Finlandiyanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək üçün yarışan 7 sənətçidən biri, finlandiyalı repçi Cessi Markin İsrailin iştirakına icazə veriləcəyi təqdirdə müsabiqədə iştirak etməyəcəyini bəyan edib.

Sənətçilər İsrailin müsabiqəyə qadağa qoyulmasında Yle-nin dəstəyini gözlədiklərini bildiriblər. Yle vəziyyəti yaxından izlədiklərini və Avropa Yayım Xidməti və digər ölkələrin ictimai yayımçıları ilə danışdıqlarını bildirib.

Sənətçilərin imzası olan məktubda deyilir: “ Müharibə cinayətləri törədən və imicini cilalamaq üçün hərbi işğalı davam etdirən bir ölkəyə musiqi adına ictimai səhnə vermək bizim dəyərlərimizə uyğun deyil”.