İSRAİL ƏSGƏRLƏRİ TRT KOMANDASINA HÜCUM ETDİ

İSRAİL ƏSGƏRLƏRİ TRT KOMANDASINA HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bombardman altında olan Qəzza zolağında jurnalistlər də təhlükə altındadır. Qəzzada işləyən TRT Ərəbi müxbiri Sümeyye Ubaytanın yanına bomba düşüb. Qəzza sərhədində çalışan TRT Ərəbi komandası da canlı yayım zamanı İsrail əsgərlərinin hücumuna məruz qalıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, jurnalistlər ərazidəki binaya sığınıblar.

Müxbirin ərəbcə danışdığı əsas gətirilərək yayımın qarşısını almağa cəhd edilib.

Qəzzadakı mətbuat xidməti jurnalistlərə qarşı hücumlarla bağlı açıqlama verib.

Açıqlamaya görə, hücumlarda 8 jurnalist həyatını itirib. 10 jurnalist yaralanıb, 2 jurnalist itkin düşüb. 3 jurnalistin evi tamamilə dağılıb.

40 media qurumu da hava zərbələrinin hədəfi olub.