20 İsrail əsgəri Qəzza zolağındakı qırğına qayıtmaqdan imtina edib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bəzi əsgərlər Qəzzaya qayıtmasalar, hərbi mühakimə olunacaqları barədə xəbərdarlıq edilib.
İsrail piyada briqadasındakı təxminən 20 əsgərin bu həftə Qəzzada baş verən qarşıdurmalara qayıtmamağı tələb etdiyi bildirilib.
Xəbərdə Qəzza zolağında döyüşən digər batalyonlardan da oxşar səslərin eşidildiyi, bəzi əsgərlərin ailələrinin oğullarının Qəzzada quru əməliyyatında iştirak etmək məcburiyyətində qaldıqlarını, əks halda həbsxanaya düşəcəkləri bildirilib.