İsrail əsgərlərinin Negev səhrasındakı Sde Teiman həbsxanasında saxlanılan fələstinliyə cinsi işgəncə verdikləri anların təhlükəsizlik kamerası görüntüləri yayımlanıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, “kanal 12” televiziyasında yayımlanan görüntülərdə çox sayda məhbus fələstinli məftillərlə əhatə olunmuş yerdə üzüstə yerə uzanmış vəziyyətdə görünür.
İsrail əsgərlərin yerdə yatan bir fələstinlini götürərək başqa əraziyə aparması kameraya düşüb.
Bəzi əsgərlərin nəzarətə alınan fələstinliyə cinsi işgəncə verməsi, digər əsgərlərin isə qalxanlardan istifadə edərək o anların təhlükəsizlik kamerasına düşməsinin qarşısını almağa çalışması diqqət çəkir.
Xəbərdə İsrail əsgərlərinin nəzarətə alınan, cinsi işgəncələrə məruz qalan fələstinlinin qanlar içində xəstəxanaya aparıldığı paylaşılıb.