İsrail əsgəri danışdı: “ABŞ olmasaydı, Qəzzada müharibə çoxdan bitərdi”backend

İsrail əsgəri danışdı: “ABŞ olmasaydı, Qəzzada müharibə çoxdan bitərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli rəsmisi iddia edib ki, ABŞ yardımı olmasaydı, İsrail bir neçə aydan çox Qəzzaya qarşı müharibəsini davam etdirə bilməzdi.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ordu xarici ölkələrdən, xüsusən də ABŞ-dan asılılığını azaltmaq üçün ölkə daxilində bomba, raket və sursat istehsalını artırmaq təklifi hazırlayır.

Adının açıqlanmasını istəməyən rəsmi, ABŞ-ın yardımı olmasaydı, İsrailin oktyabrın 7-də HƏMAS-ın təşkil etdiyi Əl-Əqsa daşqından sonra Qəzzaya açılışını davam etdirə bilməyəcəyini iddia etdi. Hərbi-hava qüvvələri rəsmisi bildirib ki, amerikalılar İsrail Müdafiə Qüvvələrinə, xüsusən də hava qüvvələrinə silah verməsələr, İsrailin müharibəni bir neçə aydan çox davam etdirməsi çətin olacaq.