İSRAİL ERMƏNİSTANIN DİPLOMLARINI TANIMIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-İsrail  münasibətlərində növbəti skandal baş verib.  

Ermənistan-İsrail  münasibətlərində növbəti skandal baş verib. 

 Rəsmi Təl-Əviv  Ermənistanın ali məktəblərində stomatoloq ixtisası üzrə təhsil almış İsrail vətəndaşlarının diplomunu tanımaqdan imtina edir. Daha doğrusu, İsrail hökuməti Ermənistanın verdiyi diplomların saxta olduğunu bəyan edib. “Demarker” qəzetinin yazdığına görə, polis Səhiyyə Nazirliyinin şikayəti əsasında Ermənistanın verdiyi akademik dərəcələrin saxta olmasını araşdırır.

TİA.AZ Cebhe.info-ya xəbər verir ki, ittihamların əsasında həkimlik fəaliyyəti adı altında İsrailə qarşı kəşfiyyat fəaliyyətinin dayandığı bildirilir. Belə ki, Ərəb Stomatoloqlar Birliyinin üzvü olan və İsraildə tələbə axtarışı ilə məşğul olan casusların sayı az deyil. İsraildəki ərəblərin içərisindən seçilən bu tələbələr tibbi və ya stomatoloq təhsili almaq üçün İordaniya, Almaniya, İtaliya kimi ölkələrə göndərilir. Həmin tələbələr birinci və ya ikinci tədris ilində imtahan vermir. 200 nəfərdən ibarət  tələbə-agentlərə Ermənistana da təhsil almağa getmək təklif olunur. Təkliflər paketinə həmçinin, yaşayış və yerli universitetlərə qeydiyyat da daxildir.

Qeyd edilir ki, tələbələr Ermənistana gələndə onları universitetdəki agenturanın nümayəndəsi qarşılayır. Universitetin özündə isə onlardan yeni tədris vəsaiti almaq tələb olunmur. Həmin “tələbələr”i birbaşa ikinci və üçüncü kurslara oxumağa cəlb edirlər. Universitetdə beş illik təhsilini müddətini bitirdikdən sonra onlara diplom verilir. Ancaq İsraildə Ermənistanın ali tibb məktəblərinin verdiyi diplomları heç kim qiymətləndirməyə bilməz. Bu baxımdan, Səhiyyə Nazirliyinə daxil olmuş çoxsaylı şəhadətnamələr Ermənistan universitetlərini bitirmiş yüzlərlə həkimin və ya stomatoloqun  bir ildən artıqdır diplomunu təsdiq etmədiyini  göstərir.  Bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Ermənistanda təhsil almağı planlaşdıran tələbələrə bu ölkədə alınmış diplomların İsraildə ümumiyyətlə, tanınmadığına dair xəbərdarlıq edib. 

Saxta diplomların olub-olmaması barədə söhbətlər hələ 2017-ci ilin yanvar ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin özəl ali təhsil müəssisələrinin  dövlət  nümunəli  ali və peşə təhsili alması haqqında  saxta diplomlar verməsinə dair hallar aşkar etməsindən sonra yayılmışdı.


Öz növbəsində, Ermənistandakı  özəl  ali təhsil məktəblərinin rektorları saxta diplom ticarəti ilə məşğul olublar. Onlardan ikisi artıq cinayət məsuliyyətinə cəlb edilib.  Saxta diplomların sahiblərinin sahibləri arasında  Ermənistanla yanaşı onlarla əcnəbinin də olduğu xəbər verilir.  Həmin şəxslər İran, ABŞ, Gürcüstan, Rusiya, Özbəkistan və İsrail vətəndaşlarıdır.

Ermənistan mediasının yazdığına görə, adları İsrail hökumətinin “qara siyahı”sına salınmış ali təhsil məktəbləri “Haybusak”, “Müqəddəs Tereza adına Universitet” və “Ənənəvi Tibb Universiteti” olub.

“Haybusak Universitetinin Tibb fakültəsinin dekanı Yanina Miranosyan baş vermiş cinayət faktı ilə bağlı sualı cavablandırmaqdan imtina edib. O, rektorun xaricdə ezamiyyətdə olduğunu deyib. Jurnalist ittihamın birbaşa onun rəhbərlik etdiyi  fakültə ilə bağlı olduğunu bildirəndə, dekan bir saatdan sonra zəng etməyi xahiş edib. Bir saatdan sonra isə dekan “Siz nahaq yerə mənə zəng etmisiniz” cavabını verərək telefonu söndürüb.

Ermənistan mediasının yazdığına görə, universitet rəhbərliyinin suala cavab verməkdən yayınması onların etbarlılığını  şübhə altına alır. 

Ermənistanın Elm və Təhsil Nazirliyi də məsələyə  münasibət bildirməkdən yayınıb. 2017-2018-ci illərdə Ermənistanda 2341 nəfər əcnəbi vətəndaşın təhsil aldığı xəbər verilir. Lakin baş vermiş qalmaqaldan sonra Ermənistan xarici tələbələrin sayını azaltmaq barədə düşünmür.

Stomatoloq hazırlayan digər iki ali təhsil müəssisəsinin – “Müqəddəs Tereza adına Universitet”in və Ənənəvi Tibb Universitetinin isə rəsmi saytları yoxdur, telefonlara və rəsmi sorğulara da heç kim cavab vermir.

Gerasi adına İrəvan Dövlət Tibb Universitetinin mətbuat  katibi  Şuşan Danielyan İsrail Səhiyyə Nazirliyinin təmsil etdiyi təhsil müəssisəsinə aidiyyatı olmadığını deyib. O, İDTU-nin beynəlxalq standartlara uyğun təhsil verdiyini söyləyib.  Şuşan Danielyanın verdiyi məlumata  görə, son 10 ildə İDTU-ni  İsraildən olan 10 min nəfər  bitirib və onlarla bağlı heç bir problem olmayıb.

Lakin saxta diplomlarla bağlı qalmaqal Ermənistanın siyasi gündəmini də qarışdırıb. Məsələnin parlamentdə müzakirəsi zamanı “Sarukyan Bloku”nun müxalifətdən olan deputatı  Marina Marqaryan hakimiyyəti  baş vermiş hadisə ilə bağlı sərt siyasət yürütməyə və həmin universitetləri bağlamağa çağırıb. Onun sözlərinə görə, kiçik bir ölkədə 5-6 tibb universitetinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur və bu, Ermənistanın tədris prosesinin təşkilinə dair resurslarına adekvat deyil.

Müşfiq Abdulla