“Avropada, Rusiyada və ABŞ-da İsrailin dostları Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. Bu gün İsrail Ermənistanı İrandan sonra ikinci ən böyük düşməni hesab edir”.
“Avropada, Rusiyada və ABŞ-da İsrailin dostları Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. Bu gün İsrail Ermənistanı İrandan sonra ikinci ən böyük düşməni hesab edir”.
TİA.AZ xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan Ermənistan üçün böyük təhlükə adlandırdığı İsrail-Azərbaycan, eləcə də İsrail-Rusiya münasibətləri haqda danışarkən bildirib.
Onun sözlərinə görə, İsrail və Rusiya arasında qarşılıqlı maraqların birləşdiyi çox nöqtə var: “Həmçinin, İsraili Türkiyə və Azərbaycanla da birləşdirən maraqlar mövcuddur. Türkiyə ilə iş daha mürəkkəb vəziyyətdədir, lakin Rusiya və İsrail Azərbaycanla sıx əməkdaşlıq edir. Hər şeydən öncə bu əməkdaşlıq hərbi sferadadır. İsrail Azərbaycana təkcə müasir silahlar satmır, həm də istehsalında İsrail firmalarının iştirak etdiyi Rusiya silahlarının da Bakının almasına dəstək verir. İsrail-Türkiyə-Rusiya xətti Ermənistanı mühasirəyə alaraq, onun NATO və Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. 1980-90-cı illərdən başlayaraq, indiyə kimi erməni xadimləri Rusiyada məhz İsrailin dostlarının nəzarətindədir”.
İ.Muradyan qeyd edir ki, hazırda İsrail üçün ən aktual məsələ İranın mühasirəyə alınması və Tehranın ABŞ-la yaxınlaşmasının qarşısını almaqdır.
“Bu proses İranla əlaqələr saxlayan Ermənistan üçün təhlükəlidir. Yaxın dövrdə İsrailin bizim ölkəmizə hücumları, güclü təzyiqləri baş verəcək. Nəticədə, Ermənistan tamamilə blokadaya düşəcək. Bu, acınacaqlı son deməkdir. Halbuki, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələrə önəm verərək, vəziyyətdən çıxa bilərdi. Lakin bu baş vermədi”, – deyə Muradyan bildirib.