İsrail erməni hərbçisi Nir Rafael Kananian Qəzzanın Xan Yunis şəhərində partlayıcı qurğunun partlaması nəticəsində həlak olub. Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, 20 yaşlı baş serjant Kananian Givati xüsusi hərbi hissəsinin üzvü olub və patrul xidməti zamanı öldürülüb.
Onun İsrail ordusundan tərxis olunmasına cəmi bir ay qalmışdı.
Hərbçinin hərbi dəfn mərasimi İsraildə keçirilib.
Kananyan Beyt Keşet qəbiristanlığında torpağa tapşırılıb.