Yaxın Şərq ölkələri İrana qarşı koalisiya yaratmalıdır.
Yaxın Şərq ölkələri İrana qarşı koalisiya yaratmalıdır.
TİA.AZ xəbər verir ki, bunu “Die Velt” qəzetinə müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.
“Artıq dövlətlər Yaxın Şərqdə əsas təhdidin İran olduğunu dərk edirlər. Yaxın Şərqdəki qüvvələrin iştirakı ilə terrora qarşı koalisiya formalaşdırmaq vaxtı çatıb. Bu koalisiyada müsəlmanlar, yəhudilər, xristianlar olmalıdır. Bu alyans ilk növbədə öz üzvlərini qorumalıdır. Bizim ərəb dövlətlərinə yox, ərəb dövlətlərinin İsrailə çox ehtiyacı var”, – deyə o bildirib.