İsrail əks həmlə hazırlayır, Vaşinqton Tehrana Mossad agentlərinin siyahısını veribbackend

İsrail əks həmlə hazırlayır, Vaşinqton Tehrana Mossad agentlərinin siyahısını verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İsrail arasında gərginlik pik həddə olmaqda davam edir. Tribunainfo.az xəbər verir ki, HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsindən sonra Yaxın Şərqdə hər an genişmiqyaslı müharibənin başlayacağı gözlənilir.
Qeyd edək ki, dünən İordaniyanın XİN başçısı Eymən əs-Safedi təcili olaraq Tehrana səfər edib. O, Tehran rəsmiləri ilə görüşərək, durumu müzakirə etmək məqsədi ilə bu addımı atıb. Lakin Küveyt qəzetlərindən biri iddia edib ki, təkcə Eymən deyil, elə ABŞ-dan olan bir qrup nümayəndə də İrana baş çəkib. “ABŞ-ın bəzi rəsmiləri ötən həftə Tehrana gedərək, orada dövlət rəsmilərinə “Netanyahunun oyunun gedib, İsrailə hücum etməyin” mesajını veriblər.
“Əl Cəridə” qəzeti daha sonra yazır ki, amerikalılar İrana özəl təyyarə ilə gediblər və orada İranın xüsusi xidmət orqanları ilə görüşüblər. “ABŞ İrana çatdırıb ki, İsraili müdafiə edəcəklər, lakin böyük miqyaslı müharibə istəmirlər. ABŞ tərəfi xoş niyyət göstəricisi olaraq MOSSAD-ın İrandakı agent şəbəkəsinin siyahısını onlara verib”.
Amma bütün bunlara baxmayaraq, İsrail də sakit oturmayıb. Tribunainfo.az xəbər verir ki, dünən İsrail Müdafiə Nazirliyinin Baş Qərargahı təcili toplantı keçirib. “The Times of Israel” qəzetinin iddiasına görə, həmin toplantının tək müzakirə mövzusu önləyici tədbir olaraq, İrana hücum məsələsi olub.
Bununla birlikdə “Yediot Ahronot” qəzeti isə yazıb ki, İran məsələsi ilə əlaqədar İsraildə bütün siyasi qanadlarla da geniş müzakirələr başlayıb, “Bu müzakirələrdə İranın hücumundan öncə bu ölkəyə, habelə onun bölgədəki bütün qanadlarına hücum edilməsi məsələsi ön sıradadır. İsrail təkcə Hizbulla, HƏMAS və digər təşkilatlarla yanaşı, birbaşa İrana da hücum etməyi, onun strateji obyektlərini sıradan çıxarmağı qərarlaşdırmaq istəyir”.