backend

İsrail diplomatları da Lapşinlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin 10 fevral 2017-ci il tarixdə vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüşüb. 

TİA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.