İsrail Dəməşqin qərbində yerləşən Mezzeh təyyarə bazasına zərbə endirib.
İsrail Dəməşqin qərbində yerləşən Mezzeh təyyarə bazasına zərbə endirib.
TİA.AZ xəbər verir ki, bu haqda hökumət ordusunun komandanlığı bildirib.
Komandanlığın məlumatına görə, raket zərbəsi İsrailin şimalında yerləşən Tiberias gölünün ətrafından atılıb.
Daha əvvəl ərəb KİV-i bildirib ki, İsrailin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində Mezzeh bazasında döyüş sursatı anbarı məhv edilib. Bu, hərbi obyektdə partlayışların seriyasına gətirib çıxarıb.
Qeyd edilir ki, ölənlərin sayı hələ məlum deyil. Ancaq Suriya ordusunun bir zabitinin məlumatına görə, qurbanların sayı çox olmamalıdır, çünki zərbə anında anbarın yanındakı hərbiçilərin sayı az olub.