İsrail Dəməşq beynəlxalq hava limanına raket zərbələri endirməyə cəhd edib.
RİA Novosti bildirir ki, məlumatı Suriya tərəfi yayıb.
Qeyd olunur ki, saat 21:55-də Dəməşqin hava limanı yaxınlığında bir neçə partlayış qeydə alınıb. Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri atılan raketləri zərərsizləşdiriblər.
Hücum nəticəsində maddi ziyan dəysə də, ölən və xəsarət alan olmayıb.