İsrail danışıqlara başladı – 10-dan çox dövlət…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qüdsün paytaxt kimi tanınması və səfirliklərin ora köçürülməsi ilə əlaqədar 10-dan çox dövlətlə danışıqlar aparır.

Teleqraf.com ria.ru-ya istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər nazirinin müavini Sipi Xotoveli məlumat verib.

Onun sözlərinə görə, danışıq aparılan ölkələr arasında Avropa dövlətləri də var: “Söhbət 10-dan ölkədən gedir”.

Sipi Xotoveli ətraflı danışmasa da, məsələ ilə bağlı Rumıniya parlamenti sədrinin səfirliyin Qüdsə köçürülməsi ilə əlaqədar bəyanatını xatırladıb.