İsrail böyük hərbi əməliyyatlara hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail mətbuatı ölkənin son 20 ilin ən böyük hərbi təliminə hazırlaşması barədə məlumat yayıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, təlimlərin məqsədinin Cənubi Livanda Hizbullaha qarşı böyük hücum olduğu deyilir. İsrail kəşfiyyat idarəsi olan Mossadın sabiq rəhbəri Meir Daqanın adının daşıyan təlimlər Livan sərhəddində həyata keçiriləcək. 11 gün davam edəcək təlimlərin digər məqsədi isə Hizbullah üzvlərinin İsrail sərhəddinə keçid etməsinin qarşısını almaqdır. 

İsrailin hava, quru, dəniz qoşunları və kəşfiyyat idarəsi 20 ilin ən böyük təlimində iştirak edəcəklər.