İSRAİL BMT BAŞ KATİBİNİN İSTEFASINI TƏLƏB ETDİbackend

İSRAİL BMT BAŞ KATİBİNİN İSTEFASINI TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunu yəhudi dövlətinin Fələstin ərazilərinə nəzarətini davam etdirməsi ilə izah etdikdən sonra İsrail BMT-nin baş katibi Antonio Quterreşin istefasını tələb edib.

Tribunainfo.az xəbər verir ki, İsrail Quterreşin şərhindən narazıdır. BMT səfiri Gilad Erdan onları “şok edici” adlandırıb və baş katibin istefasını tələb edib. Xarici işlər naziri Eli Koen Quterreşlə görüşü ləğv edib, nazir Benni Qantz isə Birləşmiş Millətlər Təşkilatının rəhbərini “terrorizm üçün üzrxah” adlandırıb.