İsrail Azərbaycanın taktikasından istifadə edib – Ekspertbackend

İsrail Azərbaycanın taktikasından istifadə edib – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni hərbi ekspert Karen Hovhannisyan İsrailin İrana son hücumunu təhlil edərək, belə qənaətə gəlib ki, Təl Əviv hücumlar zamanı 44 günlük Vətən Müharibəsində Azərbaycanın istifadə etdiyi hərbi taktikadan yararlandığını bildirib. Tribunainfo.az xəbər verir ki, o, “İsrailin son hava hücumunun ssenarisi Azərbaycanın 44 günlük müharibə zamanı hücum ssenarisi ilə çox oxşar idi” deyib.
Hovhannisyan qeyd edib ki, İsrail hava qüvvələri İran Havadan Müdafiə Sistemlərinin hədəf görüşünə yaxınlaşaraq, onların işə düşməsini və bununla da yerlərini müəyyən etməyə cəhd edib. “Lakin İran ordusu bundan duyuq düşərək, səbrlə PUA-ların hədəfə daha da yaxınlaşmasını gözləyib. Bu səbəbdən də İsrailin cəhdləri alınmayıb”.
Qeyd edək ki, Azərbaycan II Qarabağ savaşında ermənilərin Havadan Müdafiə Sistemlərinin yerini müəyyən etmək üçün “AN-2” təyyarələrindən yararlanıb. Belə ki, içi döyüş sursatları ilə təhciz olunmuş həmin təyyarələr düşmənin HMS-lərinə yaxınlaşaraq, onların işə düşməsini təmin edib. Nəticədə, yerləri bəlli olan HMS-lər Azərbaycan Ordusunun raket zərbələri ilə məhv edilib. Və Azərbaycanın bu taktikası hazırda dünyanın aparıcı ordusu tərəfindən öyrənilərək, hərbi dərsliklərə salınıb.