Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İsrail-Azərbaycan” dostluğuna həsr olunmuş klipin təqdimatı keçirilib.
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İsrail-Azərbaycan” dostluğuna həsr olunmuş klipin təqdimatı keçirilib.
TİA.AZ xəbər verir ki, tədbirdə layihənin rəhbəri Səadət Şükürova, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Xalq Artisti, Prezident təqaüdçüsü, professor Zümrüd Məmmədova və başqaları çıxış edərək, Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərindən danışıblar.
Vurğulanıb ki, Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərinin kökləri dərindir. Əsrlərboyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına bir çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx və ikitərəfli əlaqələr çox mühüm amildir.
Bildirilib ki, İsrail-Azərbaycan dostluğu çərçivəsində, multikulturalizm–tolerantlıq mövzusunda olan klip Şuşada şəhid olmuş yəhudi Albert Aqarunovun anadan olmasının 45 illiyinə ithaf olunub.
Klipin ideya müəllifi və rejissoru Səadət Şükürovadır. Sözləri şairə Nəzmiyyə Hicrana məxsus olan əsərin musiqisi gənc bəstəkar, respublika müsabiqələri laureatı İlahə Qismətə məxsusdur.
Klip böyük maraqla qarşılanıb.