Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olan, İsraildə fəaliyyət göstərən İsrail – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov ölkəsində saxlanan bəzi Şərq əlyazmalarından söhbət açıb. Bu əlyazmaların nə ilə bağlı olduğu maraq doğurur.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olan, İsraildə fəaliyyət göstərən İsrail – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov ölkəsində saxlanan bəzi Şərq əlyazmalarından söhbət açıb. Bu əlyazmaların nə ilə bağlı olduğu maraq doğurur.
Sualımıza cavab tapmaq üçün Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovla əlaqə saxladıq.
Sözügedən əlyazmalar haqqında Publika.az-a danışan Paşa Kərimov deyib ki, elmi-tədqiqat işləri barədə geniş müzakirələrə ehtiyac var:
“Söhbət zamanı Təbrizdə köçürüldüyü ehtimal olunan şərq poeziyasının görkəmli nümayəndərindən Əbdülqasım Firdovsinin “Şahnamə” əsərinin səhifələrindən bir neçəsi göstərildi. Amma geniş müzakirələr olmadı. Anatoli Binyaminov özü bu sahə üzrə mütəxəssis olmadığı üçün geniş məlumatlara sahib deyil. Bunu yalnız gedib araşdırmaq lazımdır. Burda əsas məqsəd İsrail-Azərbaycan arasındakı əlaqələrinin genişləndirilməsidir”.
P.Kərimov onu da qeyd edib ki, sözügedən əlyazmaların dəqiq sayını və məzmununu öyrənmək üçün mütləq şəkildə gedib tədqiqatlar aparmaq lazımdır:
“Təkcə İsraildə deyil bir çox başqa ölkələrdə də Azərbaycana məxsus əlyazmalar var. Onların bəziləri yaxşı vəziyyətdə olsa da, bir qismi keyfiyyətini itirib. Tam olaraq kataloq mövcud deyil. Bu əlyazmalar müəyyən ardıcıllıq əsasında incələnməlidir. Bilirsiz, ola bilər ki, əlyazma İran ədəbiyyatı ilə bağlıdır, amma onu köçürən xəttat, rəssam və s. azərbaycanlıdır. Miniatür Təbriz məktəbinin öyrənilməsi üçün bunun mühüm rolu var. Xəttatlıq sənətinin özünün bizdə qədim tarixi var. Müəllif başqa millətdən ola bilər, lakin əsəri köçürən, kitabı tərtib edən, miniatür çəkən, cildləyən və s. bizim kitab sənətimizin ayrılmaz bir hissəsidir. Əlyazmaların tətqiqi olduqca çətin prosesdir. Bəzi əlyazmalar var ki, 1000 səhifəlik kitabdır. Bu səhifələrin hər birini dərindən incələsək, onların içərisindən yenidən araşdırılması lazım gələcək bir çox məqamlar çıxa bilər”.
Əlyazmalar İnstitutun baş elmi işçisi Tahirə Həsənzadə bildirib ki, qeyd edilən əlyazmaların dəqiq sayı məlum olmasa da, içərilərində Nizaminin əsərləri var:
“Səfirlikdən nümayəndələr xəzinədə olan əlyazmalar ilə yaxından tanışdılar. Sözügedən arxivlərdə Nizaminin “Xosrov və Şirin” əsərinin İvrit əlifbası ilə fars dilində yazılmış əlyazması var. Başqa əlyazmaların da olduğu deyilib, amma yenə də geniş müzakirələr aparılmayıb. Sentyabr ayının 5-ə qədər xəzinələr bağlı olduğu üçün əlyazmaları görmək mümkün deyil”.