İspaniyada “Telegram” sosial şəbəkəsi bloklanacaq.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Milli Məhkəmə Kollecinin hakimi Santyaqo Pedras verib.
Qərar üç media şirkəti – “Mediaset”, “Atresmedia” və “Movistar Plus”ın “Telegram”a qarşı qaldırdığı iddia ilə bağlıdır. Sosial şəbəkə müəllif hüquqları ilə qorunan audiovizual məzmundan icazəsiz istifadədə ittiham olunur.
İstintaq zamanı messencerin fəaliyyəti dayandırılacaq. Bloklamanın tam olaraq nə vaxt qüvvəyə minəcəyi açıqlanmır.