İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıbbackend

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.

Tribunainfo.az EFE-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.

Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.

Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.