İspaniyada Rusiyaya kimyəvi məhsul tədarük edən 5 nəfər saxlanılıb

İspaniyada Rusiyaya kimyəvi məhsul tədarük edən 5 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Milli Polisi Rusiyaya kimyəvi məhsulların tədarükü ilə bağlı Avropa embarqosunu pozmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.
 Bizimyol.info xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Onların verdiyi məlumata görə, “qadağan olunmuş malların qaçaqmalçılığı” ilə bağlı şübhəlilər Barselona və Valensiya əyalətlərində saxlanılıb. Polisin qeyd etdiyi kimi, bu, əməliyyatın ikinci mərhələsidir, 2024-cü ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları Barselona limanında Rusiyaya göndərilmək üçün nəzərdə tutulmuş 13 ton kimyəvi məhsul ələ keçiriblər.

“İkinci mərhələdə biz kimya məhsullarının Rusiyaya qeyri-qanuni ixracı ilə bağlı yeni halların təsdiqinə nail olduq”, – deyə polisin yaydığı press-relizdə qeyd edilir. Polisin bildirdiyinə görə, araşdırmalar davam edir.