İspaniyada rusiyapərəst bloger Anatoli Şariy saxlanılıbbackend

İspaniyada rusiyapərəst bloger Anatoli Şariy saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada vətənə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Shariy İspaniyada saxlanılıb.
TİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“İspaniyanın hüquq-mühafizə orqanları A.Şariyi 2022-ci il mayın 4-də saxlayıblar”, – verilən məlumatda deyilir.

Şariy Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət törətməkdə şübhəli bilinir; maddə 111 (dövlətə xəyanət) və maddə. 161 (İrqindən, milli mənsubiyyətindən, dini etiqadından, əlilliyindən və digər əsaslardan asılı olaraq vətəndaşların bərabərhüquqluluğunun pozulması).

2021-ci ilin əvvəlində UTX İspaniyada yaşayan rusiyayönlü bloqer Şariyə vətənə xəyanətdə və vətəndaşların hüquqlarını pozmaqda şübhəli bilindiyini elan edib.

Müstəntiqlərin fikrincə, o, informasiya sahəsində Ukraynanın milli təhlükəsizliyinə zərər vuran qanunsuz fəaliyyətlər həyata keçirib və xarici strukturların sifarişi ilə hərəkət edib.

2021-ci ilin avqustunda Milli Təhlükəsizlik və Müdafiə Şurası Olqa və Anatoli Şari, onun həyat yoldaşı Olqa Şari və bloggerin qayınanası Alla Bondarenkoya qarşı sanksiyalar tətbiq edib.