İspaniya Ukraynaya 1 milyard avro dəyərində yeni yardım paketi təqdim edəcəyini vəd edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Krallığın Baş naziri Pedro Sançes bildirib.
O bildirib ki, Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır.
Qeyd edək ki, 2024-cü ilin mayında Volodimir Zelenski Madridə səfər edib. O, Sançeslə təhlükəsizlik sazişi imzalayıb və bu müqaviləyə əsasən, Madrid Kiyevə 1 milyard avroluq hərbi yardım göstərəcəyini vəd edib.