İspaniya Superkubokunun qalibi Mərakeşdə müəyyənləşəcək

İspaniya Superkubokunun qalibi Mərakeşdə müəyyənləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Superkuboku uğrunda oyun avqustun 12-də Mərakeşdə keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Barselona” və “Sevilya” Tanjerdə qarşılaşacaqlar.

Hər kluba 6 min bilet ayrılacaq, qalan biletlər isə İnternet vasitəsi ilə satışa çıxarılacaq.
İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales deyib ki, bu oyunun keçirilməsi üçün hələ FİFA-nın icazəsini almaq lazımdır.

Daha öncə İspaniya Supekubokunun qalibi iki oyunun nəticəsinə görə müəyyən edilirdi – evdə və səfərdə.

Fəxri mükafatın son sahibi “Real”dır. Madridlilər ötən il “Barselona”dan üstün olmuşdular (3:1, 2:0).