İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb.
İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib.
Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsinin rəhbərliyi bu gün müstəqillik referendumu keçirməyi planlaşdırıb. Rəsmi Madrid referendumu qanunsuz elan edib.
Sorğuların nəticələrinə əsasən, yerli əhalinin 41 faizi muxtar bölgənin müstəqil olmasını dəstəkləyir, 49 faizi isə əleyhinədir.