Kataloniya İspaniyanın ayrılmaz hissəsidir.
Kataloniya İspaniyanın ayrılmaz hissəsidir.
Оxu.Az “Russia Today”a istinadən yazır ki, bunu İspaniya kralı VI Filip bəyan edib.
“Kataloniya İspaniyanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq. Bu birlik XXI əsrdə bir sıra layihələrə əsaslanacaq”, – deyə kral qeyd edib.
Onun sözlərinə görə, bu gün İspaniya öz milli ərazisinin bir hissəsini ayırmaq üçün yolverilməz cəhdin qarşını almalıdır. O əlavə edib ki, İspaniya dövləti problemi konstitusiya və demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək.