İspaniya: Kataloniya ilə danışıqlara getməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya hökuməti Kataloniya rəhbəri Karlos Puçdemonla müstəqillik referendumundan sonra heç bir danışıq aparmayacaq.

 

İspaniya hökuməti Kataloniya rəhbəri Karlos Puçdemonla müstəqillik referendumundan sonra heç bir danışıq aparmayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İspaniyanın Səhiyyə naziri Dolors Monserrat söyləyib. Onun sözlərinə görə, Puçdemonla referendumdan sonra danışıq yalnız məhkəmədə ola bilər.

Monserrat Kataloniya hökumətinin referendumdan sonra görəcəyi tək işin istefaya getmək olduğunu bildirib.

Qeyd edək ki, Kataloniya bir müddət əvvəl İspaniyadan ayrılmaq istədiyini bildirib. Muxtariyyət bunun üçün oktyabrın 1-də müstəqillik referendumu keçirəcəyini bildirib. Rəsmi Madrid bu istəyə qarşı sərt reaksiya nüçayiş etdirir.