İspaniya: Kataloniya böhranını rus hakerlər yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Venesuela hakerləri Kataloniyadakı böhranın yaranmasına görə məsuliyyət daşıyırlar
 

Rusiya və Venesuela hakerləri Kataloniyadakı böhranın yaranmasına görə məsuliyyət daşıyırlar

Axar.az xəbər verir ki, bunu İspaniyanın Müdafiə naziri Mariya Dolores de Kospedal deyib. Onun sözlərinə görə, sosial şəbəkədə qeyd edilən provokativ xarakterli mesaj və əməliyyatların çoxu Rusiya ərazisindən təşkil olunub:

“Mən fikrimi düzgün ifadə edirəm: Rusiya ərazisindən. Bu o demək deyil ki, biz Rusiya hökumətini günahlandırırq. Ona görə də biz çox diqqətli davranmalıyıq, hər şeyi aydın dərk etməliyik. Mesajların yarısı Rusiya, yarısı isə digər Avropa ölkələrindən daxil olub. Biz hazırda bunun üzərində işləyirik”.