İspaniya Məlumatların Müdafiəsi Agentliyi “Facebook” şirkətini 1,2 milyon avro cərimələyib.
İspaniya Məlumatların Müdafiəsi Agentliyi “Facebook” şirkətini 1,2 milyon avro cərimələyib.
İKT.lent.az-ın “The Telegraph”a istinadən xəbərinə görə, şirkət şəxsi məlumatların müdafiəsi haqqında qanunu pozmaqda təqsirli sayılıb.
İspaniya tərəfinin fikrincə, “Facebook” istifadəçilərin müxtəlif məsələlərlə bağlı fikirlərini toplayıb, amma bu məlumatlardan necə istifadə ediləcəyi barədə onlara məlumat verməyib.
“Facebook”un konfidensiallıq siyasəti ümumi və aydın olmayan ifadələri ehtiva edir. Bundan başqa, sosial şəbəkəni ziyarət edən qeydiyyatdan keçməyən istifadəçilər izlənilib, səhifəsini ləğv edən istifadəçilər haqqında məlumatlar 17 ay qorunub saxlanılıb” – deyə tənzimləyicinin bəyanatında deyilir.