İSPANİYA DA XORA QOŞULDU: ÖZ GÖZÜNDƏKİ KATALONLARI GÖRMÜR, QARABAĞDA… – RƏY

İSPANİYA DA XORA QOŞULDU: ÖZ GÖZÜNDƏKİ KATALONLARI GÖRMÜR, QARABAĞDA… – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti, AŞ PA, daha əvvəl Fransa Senatı Azərbaycan əleyhinə bədnam və əsgi parçası olan qətnamələr qəbul ediblər. Həmin qətnamələr zibil yeşiyinə atılmağa layiqdir. Hər birində nifrət, qərəz və kin qusan Qərb təsisatları əsassız ittihamlar irəli sürüblər. Tribunainfo.az bildirir ki, bu xora İspaniya Senatı da qoşulub. Oktyabrın 17-də qərəzli, yanlış təqdimatdan ibarət qətnamə qəbul edilib. Xəritədə Qarabağın yerini bilməyən ispan senatorlar erməni lobbisinin təsiri altında bəyanatla çıxış ediblər.

Görün hansı vəziyyət yaranıb ki, dünya siyasətində aktiv oyunçu olmayan İspaniya da bu cərgəyə qoşulub. Siyasi ekspert Fuad Əliyev qısa şəkildə şərh verərək Tribunainfo.az-a bildirib ki, İspaniya gedib öz Kataloniya dərdini çəksin: “Absurd və gülməli odur ki, özündə separatizm olan, bununla mübarizə aparan İspaniya bizə ağıl öyrədir. Katalonlar 7 milyondur, onlar müstəqilliyi daha çox haqq edir, amma İspaniya bir müddət əvvəl baş qaldıran etirazları amansızlıqla yatırdı. Öz gözündə tiri görməyən İspaniya Senatı Qarabağda çöp axtarır. Sənə çatanda separatizmlə mübarizədir, Azərbaycana gəldikdə isə etnik təmizləmə, genosid kimi cəfəng ittihamlar səslənir. İspaniya Senatı da başını başlara qoşmaq istəyib, amma alınmayıb”.