Prezident Ərdoğan İspaniyanın paytaxtı Madriddə İspaniyanın baş naziri Pedro Sançes ilə birgə mətbuat konfransında mühüm açıqlamalar verib.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, ispan jurnalistin Gəzi Parkı işi məhbusu Osman Kavala və Kobani hadisələrinə görə mühakimə olunan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşla bağlı sualına cavab verən Ərdoğan, “Mətbuat mənsubunun bu terrorçuları müdafiə etməsi düşündürücüdür. Don. Başını tərpətmə”. dedi.
Madriddəki Moncloa sarayında baş tutan təkbətək və heyətlərarası görüş və iki ölkə arasında müqavilələrin imzalanması mərasimindən sonra Ərdoğan və İspaniyanın baş naziri Pedro Sançes birgə mətbuat konfransı keçirib.