İranın tanınmış İSNA Xəbər Agentliyinin əməkdaşlır ötən həftə Ermənistanda səfərdə olublar. Tribunainfo.az xəbər verir ki, İrəvanda və Zəngəzurda bir sıra görüşlər keçirən və tədbirlərə qatılan agentlik rəsmiləri geri dönüşdən sonra geniş məqalə ilə çıxış edib.
Həmin yazıda qeyd edilir ki, dini fərqliliklərə baxmayaraq, İran və Ermənistan ortaq tarixi və mədəni komponentlər baxımından həmişə bir-biri ilə sıx əlaqədə olublar.
Agentlik qeyd edib ki, İran Ermənistana hökumətdə kimin olması baxımından deyil, makro yanaşır. “Yəni, İran bütün şərq və qərb aspektləri ilə müstəqil Ermənistan istəyir”.
Ermənistanı “mühüm ölkə” və “İranın Qafqaza açılan qapısı” adlandıran İSNA vurğulayıb ki, bu xüsusiyyətinə görə İran bu ölkəyə qarşı davranış və siyasətini bu yanaşma ilə uyğunlaşdırmağa çalışır. “Ekspertlər hesab edirlər ki, İranın Ermənistana qarşı siyasəti və yanaşması bu ölkə ilə Azərbaycan arasında mütləq müsbət balansın yaradılmasına deyil, “faydaların təmin edilməsinə” əsaslanmalıdır”.