İsmayıllıya sel gəldi: Lahıc yolu bağlandı -VİDEObackend

İsmayıllıya sel gəldi: Lahıc yolu bağlandı –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

smayıllıda sel fəlakəti bir sıra fəsadlar törədib.

Tribunainfo.az xəbər verir ki, Lahıc yolu daşqınlar səbəbindən bağlanıb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, gecə saatlarından gələn sel və daşqınlar Lahıc yolunda hərəkəti məhdudlaşdırıb:

“Gecə saatlarından yol bağlanıb. Qurumun əməkdaşları məlumat daxil olan andan əraziyə göndəriliblər, orada işlər gedir. Lahıc yolunun bir neçə hissəsində iri qaya parçaları yola tökülüb. Əməkdaşlar həmin qayaların yoldan kənarlaşdırılması istiqamətində tədbirlər görürlər. Yaxın 1 saat ərzində Lahıc yolunda hərəkətin bərpa olunması gözlənilir”.

Əldə etdiyimiz məlumata görə, sel və daşqınlar səbəbindən İsmayıllı rayonunun bir hissəsində elektrik enerjisinin və qazın verilişində də problem yaranıb.