backend

İsmayıllıda güclü qar və çovğun var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü külək İsmayıllı rayonunun bəzi kəndlərində fəsadlara səbəb olub. Külək dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurduğundan avtomobillərin hərəkəti üçün çətinlik yaranıb. 

Güclü külək İsmayıllı rayonunun bəzi kəndlərində fəsadlara səbəb olub. Külək dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurduğundan avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Hazırda İsmayıllının İvanovka, Soltankənd və Hacıhətəmli kəndlərində çovğun müşahidə olunur.

Qısa vaxtda İsmayıllı-İvanovka-Göyçay yolu 40-50 santimetr hündürlüyündə qarla örtülərək buz bağladığı üçün avtomobillərin hərəkəti dayanıb. Hazırda yüzə yaxın avtomobil yolun açılmasını gözləyir. Qəflətən çovğuna düşən 10-a yaxın avtomobil isə idarəetmənin itməsi nəticəsində yolun kənardakı taxıl sahəsinə düşüb.

Bəzi avtomobillər qar və palçığın içində bataraq qalıb.

İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikaları nəqliyyatın hərəkətinin bərpası üçün əraziyə cəlb edilib. Yerli sakinlər hər il fevral ayında dağlıq ərazidən keçən bu yolun çovğun və qar səbəbindən bir neçə dəfə bağlandığını deyirlər. Güclü külək səbəbindən İvanovka və ətraf kəndlərdə bir neçə ağac aşıb, köhnə tikililərin dam örtüyü uçub, elektrik naqilləri qırılıb, əhalinin enerji ilə təminatında çətinliklər yaranıb.

Güclü külək Göyçay rayonunda da fəsadlara səbəb olub, bir neçə ağac və elektrik dirəyi aşıb, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. 

(apa)