İsmayıllıda evlər və mağazalar yandı – FOTO,VİDEO

İsmayıllıda evlər və mağazalar yandı – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı şəhərində böyük ərazidə yanğın başlayıb.

“Report” xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində, şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində başlayan yanğın qısa zaman ərzində böyük əraziyə sıçrayıb.

Məlumata görə, hazırda iki ev və üç mağaza yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb olunub.