İsmayıllıda at əti satan şəxslər saxlanıldılar – FOTOLARbackend

İsmayıllıda at əti satan şəxslər saxlanıldılar – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.
V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu üzə çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.