Türkiyənin “TRT Haber” kanalı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən saatlar öncəki videosunu yayıb.
Tribunainfo.az həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, İsmayı Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Bu gün o, Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.