backend

İslamiadada yarışacaq boksçularımızın adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib.  

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.
 
Azərbaycan millisinin heyəti:
49 kq. Rüfət Hüseynov
52 kq. Məsud Yusifzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Elvin İsayev
69 kq. Tamerlan Abdullayev
75 kq. Kamran Şahsuvarlı
81 kq. Rauf Rəhimov
91 kq. Teymur Məmmədov
+91 kq. Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları “Bakı Kristal Zal-2”də keçiriləcək. Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.