backend

İslamiadada 40-dan çox bank gücləndirilmiş rejimdə işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 

Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.