Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib.
Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib.
Trend-in məlumatına görə, təmsilçimizin göstəricisi 574 xal olub.
Digər atıcılarımız Rəsul Məmmədov və Tahir Ağazadə təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.